Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Oktyabr 2022 17:25
Rusiyalı müğənni və rəqqas Boris Moiseyev öldürülmüş ola bilər. Moskva İstintaq Komitəsi oktyabrın 3-də dünyasını dəyişən artistin ölüm şəraitini yoxlamağa başlayıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, Boris Mixayloviçin meyitində ilkin olaraq gözə çarpan bədən xəsarəti əlamətləri aşkar edilməyib. Buna baxmayaraq, idarə "qəsdən adam öldürmə" və "ölümlə nəticələnən qəsdən sağlamlığa ağır zərər vurma" maddələri ilə istintaqa başlayıb.
Məşhur musiqiçinin ölüm səbəbi ekspertizanın nəticələrindən sonra bəlli olacaq.