Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Oktyabr 2022 20:20
Ərzaq məhsullarının bahalaşması, eləcə də kirayə qiymətlərinin artması tələbələrin də xərclərinə təsir edib. Bu hal xüsusilə rayondan gəlib paytaxtda təhsil alan tələbələri daha çox narahat edir. Ona görə də, düşünürlər ki, onların da təqaüdləri artırılmalıdır.
Tələbələr deyirlər ki, hazırkı təqaüdlərin məbləği orta aylıq xərclərini qarşılamır.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, təhsil üzrə ekspert Elşən Qafarovun sözlərinə görə, elə tələbələr var ki maddi ehtiyaclarını qarşılaya bilmədikləri üçün təhsilini yarımçıq qoymalı olurlar. Bundan başqa kirayə, internet, xüsusilə də ərzaq qiymətlərinin artması da tələbələrin xərclərinə təsirsiz ötüşmür.
Elm və Təhsil Nazirliyindən isə "Xəbər Ertəsi"nə bildirildi ki, tələbə təqaüdlərinin artırılması ilə bağlı məsələ Nazirlər Kabinetinin səlahiyyətindədir.