Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“La-Ninya” Avropaya güclü soyuqlar gətirir

“La-Ninya” Avropaya güclü soyuqlar gətirir

Tarix: 8 Oktyabr 2022 08:10

Bu il Avropa qitəsi "La-Ninya" kimi iqlim modeli ilə qarşılaşıb. O, Sakit okean səthinin soyuması nəticəsində baş verir ki, bu da müxtəlif regionlarda küləyin və yağıntıların xarakterinin dəyişməsinə gətirib çıxarır.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu qış Avropada həddindən artıq soyuq və quru hava olacağı gözlənilir. Bütün bunlar yüksək atmosfer təzyiqi ilə bağlıdır.

"Yer kürəsində temperaturun yüksəlməsinə baxmayaraq, Mərkəzi Asiyada hələ ki soyuq hava olacaq. Bizdə şərq küləkləri əsən kimi bu Sibir havası Avropaya daxil olacaq və temperaturun aşağı düşməsinə səbəb olacaq - xüsusən qışın əvvəlində biz belə risklə üzləşəcəyik", - deyə "Kopernik" iqlim dəyişikliyi xidmətinin direktoru Karlo Buontempo bildirib.

Bununla belə, "La-Ninya"nın təsiri qitələrdə fərqli hiss olunur. Məsələn, Avstraliya müşahidələr tarixində ən yağışlı dövrlərdən birini yaşayır. Şimali Amerikanın qərb rayonlarında, Afrika Buynuzu regionunda və Cənubi Amerikanın cənub hissəsində görünməmiş quraqlıq müşahidə olunur. Avropa üçün isə "La-Ninya" ekstremal soyuq qış temperaturlarına səbəb olacaq.

"Biz bu cür ekstremal halları müşahidə edəcəyik. Daha sərt şəraitə əhəmiyyətli dərəcədə hazır olmalıyıq", - deyə Böyük Britaniyadan olan hava üzrə ekspert Deyv Trup bildirib.

Bütün bu iqlim kataklizmləri Avropada enerji böhranı - yüksək elektrik enerji qiymətləri və qaz çatışmazlığı fonunda baş verir.


Etiketlər:  Ninya Avropaya güclü soyuqlar gətirir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ