Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Oktyabr 2022 12:36
Afina ilə Ankara arasında gərginliyin artdığı bir vaxtda ABŞ-a məxsus "Corc H.V Buş" adlı aviadaşıyıcı Yunanıstanın Krit adasına göndərilib.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Yunanıstandakı səfirliyi Tvitter hesabında fotolar paylaşıb.
"Birlikdə yaxşı gedən iki şey: yunan təbiəti və Amerikanın gücü", - fotoların altında yazılan şərhdə bildirilib.
Qeyd edək ki, Türkiyə mediası bunu rəsmi Ankaraya üstüörtülü təhdid kimi dəyərləndirib.