Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Fənərbağça" İngiltərə Premyer Liqasından ulduz futbolçu gətirir

Tarix: 8 Oktyabr 2022 13:02

"Fənərbağça"nın baş məşqçisi Jorje Jesus sağ cinaha yeni vinger transferi istəyir.

Milli.Az Offsideplus.az-a istinadən xəbər verir ki, "sarı-lacivərtlər" bu mövqedə çıxış edən Adama Traore ilə yaxından maraqlanır. Portuqaliyalı mütəxəssis də "Vulverhempton"un formasını geyinən 36 yaşlı futbolçunun transferinə razılıq verib. 

İstanbul təmsilçisi ispaniyalı vingeri qış transfer dönəmində heyətinə qatmağı planlaşdırır.

Qeyd edək ki, ötən mövsüm icarə əsasında "Barselona"nın formasını geyinən Traorenin "Vulverhempton"la müqaviləsinin müddəti 2023-cü ilin yayında başa çatır.

Milli.Az


Etiketlər:  Fənərbağça İngiltərə Premyer Liqasından ulduz futbolçu gətirir


RƏYLƏR