Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Slovakiya Ukraynaya iki "Zuzana 2 " verdi

Slovakiya Ukraynaya iki

Tarix: 9 Oktyabr 2022 22:51

Slovakiya Ukraynaya daha iki "Zuzana 2" özüyeriyən haubitsa təhvil verib.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Slovakiyanın müdafiə naziri Yaroslav Nad bildirib.

O qeyd edib ki, silahlar kommersiya müqaviləsi əsasında hazırlanır.

"İndi daha ikisi köçürülüb, növbəti ikisi isə yaxın vaxtlarda Ukraynaya ötürüləcək", - nazir deyib.

Bildirilir ki, haubitsaların istehsalı Danimarka, Almaniya və Norveç tərəfindən maliyyələşdiriləcək, onlar bunun üçün 92 milyon avro ayıracaqlar. Müvafiq sazişi artıq Slovakiyanın müdafiə naziri Yaroslav Nad və onun danimarkalı həmkarı Morten Bedskov imzalayıblar.

Milli.Az


Etiketlər:  Slovakiya Ukraynaya iki Zuzana 2 verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ