Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kəlbəcər və Daşkəsəndə daha 153 mina zərərsizləşdirilib - FOTOlar

Kəlbəcər və Daşkəsəndə daha 153 mina zərərsizləşdirilib - FOTOlar

Tarix: 10 Oktyabr 2022 11:42

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri azad edilmiş ərazilərimizin və təminat yollarının minalardan təmizlənməsi istiqamətində fəaliyyətlərini davam etdirir.

MN-dən Sonxeber.net-a verilən məlumata görə, aparılan minatəmizləmə fəaliyyəti nəticəsində oktyabrın 8-dən bu günədək Kəlbəcər və Daşkəsən rayonları ərazisində yeni aşkar olunan 63 ədəd piyada əleyhinə PMN-Э, 89 ədəd piyada əleyhinə PMN-2 və 1 ədəd OZM-72E tipli piyada əleyhinə qəlpəli mina təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.

Azad edilmiş ərazilərimizdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.


Etiketlər:  Kəlbəcər Daşkəsəndə daha mina zərərsizləşdirilib FOTOlar


RƏYLƏR