Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Oktyabr 2022 18:14
İraqın "Əl-Taxara" haker qrupu İsraildən olan iki qaz şirkətinin saytına hücum edib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, hakerlər İran hakimiyyəti ilə əlaqəli ola bilər.
Qeyd olunur ki, Böyük Britaniyada qeydiyyatda olan "Energean" və birbaşa İsrail hökumətinə məxsus olan "İsrail Natural Gas Lines" kiber hücumlara məruz qalıb.
Sentyabrın sonunda İsrailin baş naziri Yair Lapid bildirmişdi ki, ölkə İranın nüvə dövlətinə çevrilməsi təhlükəsi ilə barışmayacaq və bunun qarşısını almaq üçün hər cür səy göstərəcək.
Qeyd edək ki, dünən axşam İran dövlət televiziyasına haker hücumu olub. Hər iki insident arasında əlaqənin olması istisna edilmir.