Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Oktyabr 2022 23:38
Şotlandiya Milli Partiyasının rəhbəri Nikola Sturgeon ölkədə müstəqillik referendumunun 2023-cü il oktyabrın 19-da keçiriləcəyini təsdiqləyib.
Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, o, bu barədə partiyanın qurultayında bildirib.
"Əgər Ali Məhkəmə buna qərar verərsə və ümid edirik ki, belə olacaq, gələn il oktyabrın 19-da müstəqillik referendumu keçiriləcək", - Sturgeon bildirib.
Sturgeon hesab edir ki, Şotlandiyada əhalinin 50%-dən çoxu Böyük Britaniyadan müstəqilliyə tərəfdardır, gənclər arasında isə bu rəqəm daha da yüksəkdir.
Qeyd edək ki, Şotlandiyanın müstəqilliyi ilə bağlı ilk referendum 2014-cü ildə keçirilib. Daha sonra bölgədə yaşayan Britaniya və Avropa İttifaqı vətəndaşlarından "Ölkə müstəqil olmalıdırmı?" sualına cavab vermələri istənilib. Nəticədə rəyi soruşulanların 55,3%-i ayrılmanın əleyhinə, 44,7%-i isə müstəqilliyin lehinə səs verib.