Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ərdoğanın Putinə təklifi... - Kremldən cavab

Ərdoğanın Putinə təklifi... - Kremldən cavab

Tarix: 11 Oktyabr 2022 08:09

Bu həftə Astanada keçiriləcək "Asiyada əməkdaşlıq və etimad tədbirləri konfransı" çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında ikitərəfli görüş ola bilər.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Kreml sözçüsü Dmitri Peskov deyib.

Görüş zamanı Ərdoğanın Rusiya ilə Qərb arasında Ukrayna ilə bağlı danışıqlara ev sahibliyi etmək təklifini müzakirə etməyin mümkün olduğunu deyən Peskov yekun planın olmadığını vurğulayıb:

"Rusiya Qərblə Ukrayna ilə bağlı danışıqlar aparmaq təklifi almayıb, hələlik dəqiq bir şey yoxdur, nəticəni indidən demək olmaz".


Etiketlər:  Ərdoğanın Putinə təklifi Kremldən cavab


RƏYLƏR