Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qərb hərbçilərinin Rusiyanın nüvə silahından istifadə etməsini...''

''Qərb hərbçilərinin Rusiyanın nüvə silahından istifadə etməsini...''

Tarix: 12 Oktyabr 2022 08:24

"Qərb hərbçilərinin Rusiyanın nüvə silahından istifadə etməsini vaxtında aşkar edəcəyinə 100% zəmanət yoxdur".

Milli.Az "report"a istinadən bildirir ki, bu fikri Böyük Britaniyanın Hökumət Kommunikasiya Mərkəzinin (elektron kəşfiyyat xidməti - Red) rəhbəri Ceremi Fleminq deyib.

"Düşünmək istərdim ki, müttəfiqlərimizlə bunu aşkar etmək üçün yaxşı şansımız olacaq, lakin təbii ki, bu sahədə heç vaxt təminat yoxdur. Ümid edirəm ki, Rusiyanın nüvə doktrinasını və Rusiya prezidenti Vladimir Putinin yanaşmasını nəzərə alaraq, biz bu potensial zərbədən vaxtından əvvəl xəbərdar olacağıq, lakin mən hesab edirəm ki, istifadə olunan ritorika narahatlığa layiqdir", - deyə, o bildirib.

Milli.Az


Etiketlər:  Qərb hərbçilərinin Rusiyanın nüvə silahından istifadə etməsini


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ