Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Oktyabr 2022 16:12
Direktor kimi işinə bərpa olunan şəxs yenidən vəzifəsindən azad edilib.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, bir müddət əvvəl sosial şəbəkələrdə Şəki rayonu, Cəfərabad kənd tam orta məktəbinin müəllimlərinin məktəb direktoruna etiraz edərək dərsə girməməsi ilə bağlı görüntülər yayılmışdı.
Etirazın əsas səbəbi ötən il işdən azad olunan direktor Rahim Salamovun yenidən işə qayıtması idi.
Müəllimlər iddia edirlər ki, həmin direktorun dərs bölgüsündə də problemlər yaşanırdı. Bu da şagirdlərin təhsilinə təsir göstərirdi.
Şəki-Zaqatala Regional Təhsil İdarəsindən bildirilib ki, bütün bu narazılıqlardan sonra 2021--2022- ci tədris ilinin sonlarında məktəbdə araşdırma aparılıb.Nəticədə elm və təhsil nazirinin müvafiq əmrinə əsasən, məktəbin direktoru Salamov Rahim Elxan oğlu ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.
Səslənən iddialarla bağlı Rahim Salamovla əlaqə saxlamaq istəsək də zənglərimizə cavab verən olmadı.
Qeyd edək ki, hazırda kənd məktəbində 39 nəfər pedaqoji kollektiv fəaliyyət göstərir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: