Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sumqayıtda sexdə yanğın söndürülüb - YENİLƏNİB - FOTO

Sumqayıtda sexdə yanğın söndürülüb - YENİLƏNİB - FOTO

Tarix: 13 Oktyabr 2022 22:14

Sumqayıtda sexdə baş vermiş yanğın söndürülüb.

Bu barədə FHN-in Mətbuat xidmətindən bildirilib.

Qeyd edilir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, 41-ci məhəllə, Çerkassi küçəsində yerləşən sexdə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının şüşə istehsalı sexində baş verdiyi müəyyən olunub.

Yanğından mühafizə bölmələrinin operativ fəaliyyəti sayəsində yanğın genişlənməsinə imkan verilmədən söndürülüb.

Əlavə məlumat veriləcək.

21:19

Sumqayıtda sexdə yanğın başlayıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.


Etiketlər:  Sumqayıtda sexdə yanğın söndürülüb YENİLƏNİB FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ