Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

52 nəfər təhlükəsizlik qüvvəsi əməkdaşının olduğu avtobus dərəyə aşıb

52 nəfər təhlükəsizlik qüvvəsi əməkdaşının olduğu avtobus dərəyə aşıb

Tarix: 14 Oktyabr 2022 08:02

Qazaxıstanın Aktobe vilayətində içərisində 52 sərnişinin olduğu avtobus aşıb.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

"Aktobe vilayətində avtobus aşıb. Oktyabrın 13-də Samara-Şımkent avtomobil yolunun Akjar kəndi yaxınlığında "Setra" markalı sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Avtobus dərəyə aşıb", - deyə nazirlikdən bildirilib.

Qəza qəza zamanı avtobusda 52 sərnişin olub, onlardan 9-u xəsarət alıb.

"Avtobusda 52 sərnişin olub. Onlar təhlükəsizlik orqanlarından birinin əməkdaşlarıdır və növbə dəyişmək üçün əraziyə gedirdilər. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 9 sərnişin Xromtau şəhər mərkəzi xəstəxanasına çatdırılıb", - deyə məlumatda qeyd olunub.


Etiketlər:  nəfər təhlükəsizlik qüvvəsi əməkdaşının olduğu avtobus dərəyə aşıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ