Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Markizio karyerasını bitirir - Səhhətinə görə

Markizio karyerasını bitirir -  Səhhətinə görə

Tarix: 2 Oktyabr 2019 15:20

İtaliya millisinin sabiq futbolçusu Klaudio Markizio karyerasını başa vurur.

Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi qərarını sabah "Yuventus"a məxsus “Alyans Stadium”da rəsmən açıqlayacaq. Onun səhhəti ilə bağlı belə qərar verdiyi bildirilir.

Qeyd edək ki, “Yuventus”un yetirməsi olan Markizio 25 ilini Turin klubunda keçirib. Yeddi dəfə İtaliya çempionu olan K.Markizio 3 dəfə ölkə kuboku, 4 dəfə Superkubokunu qazanıb.
 


Etiketlər:  Markizio karyerasını bitirir Səhhətinə görə


RƏYLƏR