Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Oktyabr 2022 17:20
Müğənni və aparıcı Mehin Hümbətova instaqramda ona ünvanlanan sualları cavablandırıb.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, Mehin "bəyənəcəyiniz oğlanın hansı xüsusiyyətləri olmalıdır" sualına belə cavab verib:
"Mərd, məqsədyönlü, zəhmətkeş və qayğıkeş. Bir sözlə əsl Azərbaycan kişisi obrazı".
Aparıcı qısqanclıqla bağlı ünvanlanan sualı isə sevgi hissi ilə əlaqələndirib:
"Məncə, bu şüur altında yatan sahiblənmə instinkidir. Sahiblənmə məsuliyyətini dərk edən insan isə sevgi yoluna çıxmış olur. Dolayısıyla məsələ gəlib sevgiyə çıxır".
O, Amerikada yaşayan bacısı, aparıcı Günel Hümbətova ilə fərqləri haqqında da söz açıb:
"Hər insanda olduğu kimi onunla da xarakterlərimiz, düşüncə və yanaşma tərzimiz fərqlidir. Hə, bir də ən böyük fərqimiz odur ki, Günel Josy kimi kukla qızın anası, mən isə xalasıyam".