Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

17-23 oktyabr ərzində ulduz falınız sizə nələr vəd edir ?

17-23 oktyabr ərzində ulduz falınız sizə nələr vəd edir ?

Tarix: 15 Oktyabr 2022 23:58

Önümüzdəki həftə sevgi, ailə, sağlamlıq, karyera və maaliyyə sahəsində bürcləri nələr gözləyir ?

Milli.Az gundem.az-a istinadən  oxuculara 17-23 oktyabr bürclərin ulduz falını təqdim edir.

Qoç

Son bir neçə həftə ərzində yeni münasibətlərdə həm özünüz, həm də partnyorunuzda nə axtardığınızı daha çox öyrənirsiniz. Bal ayı mərhələsi nə qədər əyləncəli olsa da, siz bunu daha özəl etməkdə tərəddüd edirdiniz. Həftə sonu partnyorunuzun həqiqətən sizinlə münasibətə hazır olub olmadığını öyrənəcəksiniz.

BUĞA

Yüksələniniz Venera son günlərini çox hərəkətli keçirir. Buna görə də həftə başlayan kimi ancaq işinizlə məşğul olursunuz. Digər şeylərə də vaxt ayırın; hər gün qaçışa çıxın, həftəlik yemək menusu hazırlayın, pasportunuzu yeniləyin. Həftə sonu, ayın əvvəlində özünüzü hamının psixoloqu olmağa, ətrafınızdakı ailə, dost, yaxınlarınızın dramatik hadisələrinin baş qəhrəman kimi hiss etməyə hazır olun. Əqrəb bürcü mövsümü bütün bürclər üçün sizdən fərqli olaraq çox ağır keçəcək.

ƏKİZLƏR

Avqustun sonundan etibarən Mars sizin bürcünüzə hakimdir. Həm sözün əsl, həm də məcazi mənasında istidir! Bu sizi narahat edir. Xüsusilə bu həftə özünüzü pis hiss edəcəksiniz. Əgər bütün baş verənlərdən əsəbləşirsinizsə, narahatsınızsa, yaradıcı işlərə və ya hobbilərinizə vaxt ayırın.

XƏRÇƏNG

Bu həftə sahib olduqlarınızın qiymətini bilin. Son vaxtlar özünüzü təcrid olunmuş hiss edirsiniz və Mars 2023-cü ilin mart ayına qədər bürcünüzə hakim qaldığı üçün bu hiss heç vaxt keçməyəcək. Daha az mənfəətlə xoşbəxtliyə söykənməyə çalışın. Ayın 22-də Venera günəşlə qarşılaşdıqda, evinizdə və iş yerinizdə rahatlığın kefini çıxarda biləcəksiniz. Günü divanınızda oturub kitab oxumaq və isti çay içməklə keçirə bilərsiniz. Bu həftə ulduzlar sizə heç nə vəd etmir ; nə yeni başlanğıc, nə ciddi gəlir.

ŞİR

Bu il həyatınızın bütün sahələrində daimi mühüm dəyişikliklər baş verib. Bu həftə isə istər münasibətiniz, istər karyeranız və ya ailə həyatınız yanvardakı kimi görünmür. Bəzi dəyişikliklər həyəcan verici olsa da, bütün hər şey yavaşlamağa doğru gedir. Bu həftə ulduzlar sizə dostlar və iş yoldaşlarınızla əlaqə saxlamaq və yenidən aktiv sosial həyat üçün çoxlu şans vəd edir.

QIZ BÜRCÜ

Merkuri nəhayət bu həftə kölgədən çıxır. Siz avqustun sonundan bəri olduğunuz neqativ rejimdən nəhayət çıxacaqsınız. Tam dinamika ilə həm evdə, həm də işdə ayağa qalxmaq və hər kəsə liderlik etmək üçün güclü enerjiniz özünüzə qayıdacaq. Bu həftə həm də özünüzü dəyərli və özəl hiss etdirən şeylərə diqqət yetirmək şansınız olacaq. Ayın 22-dən etibarən (Merkuri sabit Saturn qovşağında) işləriniz tam qaydasına düşəcək.

TƏRƏZİ

Tərəzilər üçün bu həftə çox uğurlu həftədir. Ayın 22-də yüksələniniz Venera və Günəş bürcünüzdə bir araya gələcək. Özünüzü yeni cə fərqli formada ifadə edə biləcəksiniz Bu həftə beyninizdən yorğun fikirləri atmaq və problemli potensialınıza addım atmaq üçündür. Səyahət planları qurmaq, çarpayının yanında gözləyən kitaba başlamaq üçün əla vaxtdır. Bu həftədən sonra işlər o qədər də asan getməyəcək, buna görə də bacardıqca xoş əhval-ruhiyyədən həzz alın.

ƏQRƏB

Bu həftə sizin üçün bir az çılğınlıqla başlayır. Vaxtı keçmiş borcları ödəməyə tələsəcəksiniz. Maliyyə problemləri ilə məşğul olmaq o qədər də əyləncəli deyil, lakin borcları indi ödəməklə gələcək həftələrdə daha rahat olmağınıza şərait yaranacaq. Pis sürprizlərdən qaçma şansınız olacaü. 23 oktyabrda Venera və günəşiniz bürcünüzə daxil olur, ad gününüz yaxınlaşır və özünüzü heç olmadığınız kimi rahat və yüngül hiss edəcəksiniz.

OXATAN

Bu həftə həm sevgi münasibətlərinizdə, həm də dost çevrənizdə dönüş nöqtəsi olacaq. Bu günlərdə hər zamankından daha çox insanla ünsiyyətdə olacaqsınız. Lakin bu hər kəsə dözmək məcburiyyətiniz var demək deyil. Sizə kim rahatlıq bəxş edirsə onlarla daha çox zaman keçirin, neqativ insanları özünüzdən kənarlaşdırın. Ayın 23-ü Əqrəb mövsümü başlayanda geri çəkilmə rejiminə keçəcəksiniz. Həftə sonunu telefonunuzda Təyyarə rejimini aktiv edərək, evdə pəncərədən çölə baxaraq və gələcəyiniz haqqında düşünərək keçirin.

OĞLAQ

İş və əyləncə arasında tarazlıq tapmaq sizin üçün daimi bir mübarizədir. Lakin bu həftə iş həyatınız mütləq ön planda olmalıdır. Təkcə karyeranızda deyil, həm də gündəlik iş prosesində hərəkətlilik olacaq. Hazırda uğur hiss edə bilməsəniz belə, bu həftə gələcək həyatınızda mühüm məqamların başlanğıcı olacaq. 23-ü Əqrəb bürcü mövsümü başlayanda dostlarınız və iş yoldaşlarınızla istər uğurlarınızı, istərsə də adi günlərinizi qeyd etmək üçün bir az vaxt ayırın.

DOLÇA

Hamı bilir ki, ən zəhmətkeş bürcsünüz.
Ancaq bu həftə bütün potensialınızdan istifadə etməli olacaqsınız. Həftənin sonunda həm işdə, həm də evdə işlər sizin üçün olduqca həyəcanlı olacaq, buna görə də mümkün olduqda ən sevdiyiniz şeylərə vaxt ayırın. Sakit, qalmaqalsız keçəcək həftənin dadını çıxarmaqdan həzz alın.

BALIQ

Bəziləri hisslərinizin gerçək olmadığını deyir, amma bu həftə hisslərinizin gerçək olduğunda daha çox əmin olacaqsınız. Duyğularınız, emosiyalarınız hər gününüzə mütləq təsir edir. Bir müddətdir sizi incidən və gündəlik həyatınızda sizə rahatlıq verməyən bəzi qayğılarınızdan və ya maliyyə yükündən azad ola biləcəksiniz. Bir az istirahət etmək sizi "refresh"lədəcək. 23-dən başlayan Əqrəb bürcü mövsümü sizə fərdi inkişaf və motivasiya üçün əla inkişaf şəraiti yaradacaq .

Milli.Az


Etiketlər:  17 23 oktyabr ərzində ulduz falınız sizə nələr vəd edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ