Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukrayna bu əraziyə hücumdan imtina etdi

Ukrayna bu əraziyə hücumdan imtina etdi

Tarix: 16 Oktyabr 2022 23:58

"Ukrayna ordusu Zaporojye Atom Elektrik Stansiyasını ələ keçirmək planını dəyişib. Hazırda onlar Dneprdə, Kaxovka su anbarının qərb hissəsinə cəmləşiblər".

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə "Biz Rusiya iləyik" hərəkatının sədri Vladimir Roqov deyib.

"Əvvəllər Kiyev hakimiyyəti dəfələrlə Kaxovka su anbarının şimal və şimal-şərq hissəsindən Dnepr çayını Nikopol, Marqanets, Belenkinə doğru çıxmağa cəhd göstərib. Ancaq indi cəhdlərinin nəticəsiz olduğunu anlayaraq, planlarını dəyişib və qüvvələrini burada - Dneprdən aşağı su anbarının qərb, şimal-qərb və cənub-qərb hissəsində cəmləşdiriblər", - o bildirib.

Vladimir Roqovun sözlərinə görə, Ukrayna qoşunları əməliyyat üçün Zolotaya Balka, Osokorovka (Xerson vilayəti) və Pokrovskoye (Dnepropetrovsk vilayəti) kəndləri ərazisində cəmləşməyə çalışır.


Etiketlər:  Ukrayna əraziyə hücumdan imtina etdi


RƏYLƏR