Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ərini qayğanağa görə öldürdü

Ərini qayğanağa görə öldürdü

Tarix: 17 Oktyabr 2022 16:30

Rusiyada, Murmansk vilayətində məhkəmə 63 yaşlı yerli sakini 60 yaşlı ərini qətlə yetirdiyinə görə 7 il müddətinə azadlıqdan məhrum edib. Məhkum ərini bıçaqlayaraq öldürüb.

Sonxeber.net bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsindən məlumat verilib.

Rusiyalı qadın Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi ("Qətl") ilə təqsirli bilinib. O, cəzasını cəzaçəkmə müəssisəsində çəkəcək.

Məlumata görə, 6 noyabr 2021-ci ildə qadın həyat yoldaşı ilə Tyaqunov küçəsindəki mənzildə içki içib. Orada kişi sevgilisindən qayğanaq bişirməyi xahiş etdiyi üçün mübahisə ediblər, qadın imtina edib. Daha sonra qadın bıçağı götürərək ərinə on zərbə endirib. Daha sonra məhkum oğluna zəng edib, baş verən hər şeyi danışıb və təcili yardım çağırıb. Lakin zərərçəkən bir həftə sonra xəstəxanada dünyasını dəyişib.

Qadın özünü tam təqsirli bilib.

İrfan Vəliyev


Etiketlər:  Ərini qayğanağa görə öldürdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ