Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Oktyabr 2022 08:58
Amerikanın "Exxon Mobil" şirkəti "Saxalin-1" PBS layihəsinin yeni operatorunun yaradılmasından sonra Rusiyanı tamamilə tərk edib.
Bu barədə bazar ertəsi "İnterfaks"a şirkətin mətbuat xidmətindən bildiriblər.
"Biz ekspropriasiyadan sonra Rusiyanı tərk etdik. Bizim prioritetimiz həmişə "Saxalin-1"də işçiləri, ətraf mühiti və əməliyyatların bütövlüyünü qoruyan məsuliyyətli operator olmaq olub. İki fərmanla Rusiya hökuməti birtərəfli qaydada "Saxalin-1"dəki maraqlarımızı dayandırdı və layihə Rusiya operatoruna verildi", - deyə mətbuat xidmətindən bildirilib.