Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Marina Ovsyannikovanın uşağını əlindən aldılar

Marina Ovsyannikovanın uşağını əlindən aldılar

Tarix: 18 Oktyabr 2022 17:10

Moskva şəhər məhkəməsi Rusiyanın "Birinci Kanal"ın keçmiş redaktoru Marina Ovsyannikovanın 11 yaşlı qızının ondan alınaraq atasının himayəsinə verilməsi barədə qərar çıxarıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, jurnalistin qızının atasının yaşadığı Moskvaya necə qaytarılacağı hələlik açıqlanmayıb. Çox güman ki, Marina Ovsyannikova uşaq oğurluğuna görə beynəlxalq axtarışa veriləcək.

Belə ki, jurnalistin vəkili Dmitri Zaxvatov mətbuata açıqlamasında bildirib ki, jurnalist artıq Rusiyanı tərk edib və 11 yaşlı qızını da özü ilə aparıb.  

Onun Avropa ölkələrindən birində olduğu bildirilsə də konkret hansı ölkədə olduğunu məlum deyil.

Xatırladaq ki, M.Ovsyannikova bir müddət əvvəl Rusiyanın "Pervıy kanal"ının "Vremya" xəbərlər proqramında diktor Yekaterina Andreyevanın çıxışı zamanı üzərində "Müharibəyə yox, təbliğata inanmayın, burada sizi aldadırlar!" sözləri yazılmış plakat açıb. Buna görə də o, işdən çıxarılıb.


Etiketlər:  Marina Ovsyannikovanın uşağını əlindən aldılar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ