Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Seksual obrazda ilişib qaldım, çünki...” – Aktrisanı nəyə məcbur etdilər?

“Seksual obrazda ilişib qaldım, çünki...” – Aktrisanı  nəyə məcbur etdilər?

Tarix: 18 Oktyabr 2022 21:45

37 yaşlı məşhur amerikalı aktrisa Skarlet Yohanson kinoda cinsi obyektivləşdirmə ilə üzləşdiyini etiraf edib.

Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, aktrisa bu barədə "Independent" nəşrinə müsahibəsində deyib.

Yohansonun sözlərinə görə, karyerasının ilk illərində onu hiperseksuallaşdırmışdılar və buna görə də ona istədiyi rollar verilməyib.

"Mən seksual mənada obyektivləşdirildim və mənə elə gəlirdi ki, məhz bu səbəbdən görmək istədiyim iş üçün təkliflər almıram".

O bildirib ki, yaşca özündən böyük qadın qəhrəmanları canlandırdığı üçün sonralar kinorejissorlar onu "40 yaşlı qadın" kimi qəbul etməyə başlayıblar: "Hamı məni yaşlı hesab edirdi, çünki çoxlu oxşar rollarım var idi, ona görə də seksual obrazda ilişib qaldım".

Qeyd edək ki, aktrisa ilk dəfə doqquz yaşında "Şimal" (1994) filmində ekranlara çıxıb.

2020-ci ildə "Evlilik hekayəsi" filmində yaratdığı obraza görə "Ən yaxşı aktrisa" nominasiyasında Oskar mükafatına namizəd olub.


Etiketlər:  Seksual obrazda ilişib qaldım çünki Aktrisanı nəyə məcbur etdilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ