Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Oktyabr 2022 10:12
Yapon əsilli Setsuko Saito Braziliyada manekkenliyə başlayıb.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, 71 yaşlı qadının bu peşəni seçməsi çoxlarına qəribə gəlsə də, moda şirkəti bu məsələdə israrlı olub. Qadın özü də öz üzərində 2 il çalışıb.
Artıq qadın gənc kollektivə uyğunlaşıb. Bir neçə gün əvvəl isə yerli qəzetə müsahibəsində özünü ruhən 22 yaşında hiss etdiyini bildirib.