Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Oktyabr 2022 16:28
Bir neçə gündür ki, Göyçayda nar yığımı başlayıb.
Təsərrüfat sahiblərinin sözlərinə görə, ötən illə müqayisədə bu il məhsul boldur. Geosiyasi vəziyyətlə əlaqədar olaraq xarici bazara ixrac çətinləşdiyindən, fermerlər məhsulun hamısını sata bilmirlər. Yerli bazarda isə qiymətlər xeyli enib.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, məhsul fermerlərdən ucuz alınsa da, bazarlarda baha satılır. Satıcı Bəhruz Bədirov deyir ki, narın qiyməti onun keyfiyyətindən və ölçüsündən asılı olaraq dəyişir.
Satıcının sözlərinə görə, yerli bazarda da narın alıcısı azalıb. Adətən gün ərzində 20-50 kiloqram nar satılsa da, bəzən ümumiyyətlə alıcı tapılmır.