Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Oktyabr 2022 21:00
Sertifikatlaşdırma imtahanlarında ən sadə riyaziyyat məsələlərini cavablandıra bilməyiblər.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, Elm və Təhsil naziri Emin Əmrullayevin sertifikasiya imtahanlarının nəticələri ilə bağlı açıqlaması cəmiyyətdə müzakirələrə səbəb olub. Belə ki, nazir 2 min müəllimin kvadratın perimetri veriləndə onun sahəsini hesablaya bilmədiyini deyib. Sosial şəbəkələrdə isə məsələyə münasibət bildirənlər bunun səbəbini daha çox Universitetlərdətəhsil sisteminin hazırkı vəziyyəti ilə əlaqələndiriblər.
Təhsil üzrə ekspert Elşən Qafarovun sözlərinə görə, ölkədə müəllim hazırlığı ilə bağlı vəziyyət elə də ürəkaçan deyil.
Elşən Qafarov deyir ki, pedaqoji kadr hazırlayanAli məktəblərdə təhsilin keyfiyyəti artırılmalı və əlavə təhsil sistemi formalaşdırılmalıdır.
Ekspertin fikrincə Universitetlərdə praktik biliklər 1 il yox, 4 il inkişaf etdirilməli, Elm və Təhsil Nazirliyi isə həmin təhsil alanlarınmütəmadi monitorinqini aparmalıdır. Elşən Qafarov həmçinin deyir ki, beynəlxalq təcrübədə pedaqoji sahədə çalışanlar hər il attestasiyadan keçirlər.
Elm və Təhsil Nazirliyinin sektoru müdiri Cəsarət Valehov isə deyir ki, nazirlik tərəfindən müəllimlərin peşəkarlığının artırılması istiqamətində mütəmadi işlər aparılır.
Cəsarət Valehov həmçinin qeyd edir ki, sertifikatlaşma imtahanlarındauğur qazanmayan müəllimlər müxtəlif illərin məzunlarıdırlar. Onların növbəti 1 il ərzində hazırlaşıb, imtahanlarda yenidən iştirak etmək şansı var.