Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qarabağ" "Düdelanj"a qalib gəldi

Tarix: 4 Oktyabr 2019 01:20

Bu gün Avropa Liqasının qrup mərhələsində 2-ci turun oyunları keçirilib.

Qol.az xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən “Qarabağ” da növbəti matçına çıxıb. Ağdam təmsilçisi Lüksemburqda “Düdelanj”ın qonağı olub və 4:1 hesabı ilə qalib gəlib.

Qrupun digər oyununda "Sevilya" APOEL-i qəbul edib və 1:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, Qurban Qurbanovun komandası birinci turda Bakıda "Sevilya"ya uduzmuşdu - 0:3.




3 oktyabr

A qrupu
 
23:00. "Düdelanj" (Lüksemburq) - "Qarabağ" (Azərbaycan) - 1:4
Qollar:
Abdullah Zubir, 11 (0:1), Miçel, 31 (0:2), Almeyda, 38-pen (0:3), Dani Kintana, 69 (0:4), Bernier, 90 (1:4)
Qırmızı vərəqə: Qaros, 62-ikinci sarı vərəqə ("Düdelanj")
Hakimlər: Con Biton, Daniel Makfarlan, Duqlas Potter, Donald Robertson (hamısı Şotlandiya).
Lüksemburq. “Jozi Bartel” stadionu.
 
23:00. "Sevilya" (İspaniya) - APOEL (Kipr) - 1:0
Qol:
Çiçarito, 18

1.

Sevilya

2

2

0

0

4:0

6

2.

Qarabağ

2

1

0

1

4:4

3

3.

Düdelanj

2

1

0

1

5:7

3

4.

APOEL

2

0

0

2

3:5

0

 


Etiketlər:  Qarabağ Düdelanja qalib gəldi


RƏYLƏR