Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Oktyabr 2022 08:16
Kərim Benzema "Real"la yeni müqavilə imzalayacaq.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, Fransa millisinin üzvü daha bir illik sazişə qol çəkəcək.
Yeni anlaşmaya əsasən, 34 yaşlı forvard 2024-cü ilin yayına qədər "kral klubu"na məxsus olacaq. İspaniya çempionu "Qızıl top"un hazırkı sahibi ilə anlaşmanın uzadılmasını yaxın vaxtlarda açıqlayacaq.
Qeyd edək ki, Kərim Benzema ötən mövsüm "Real"ın heyətində La Liqanın 32 oyununda 27 qol vurub, 12 məhsuldar ötürmə verib.