Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Oktyabr 2022 09:58
Dünya çempionatlarının final mərhələlərində bir oyunda ən çox qol vuran futbolçular bəlli olub.
Sonxeber.net report-a istinadən xəbər verir ki, siyahının ilk pilləsində Rusiya yığmasının sabiq hücumçusu Oleq Salenko qərarlaşıb.
53 yaşlı keçmiş forvard 1994-cü ildəki mundialın qrup matçında Kamerunu 6:1 hesabı ilə məğlub etdikləri görüşdə 5 qola imza atıb.
Digər 6 oyunçu bir qarşılaşmada 4 dəfə fərqlənə bilib.
Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək Qətərdə təşkil olunacaq.
Futbolçu | Ölkə | Qollar | Turnir | Oyun |
Oleq Salenko | Rusiya | 5 | 28/06/1994 | Kamerun 6-1 |
Ernest Vilimovski | Polşa | 4 | 05/06/1938 | Braziliya 5-6 |
Ademir | Braziliya | 4 | 09/07/1950 | İsveç 7-1 |
Şandor Koçiş | Macarıstan | 4 | 20/06/1954 | Almaniya 8-3 |
Jyust Fonten | Fransa | 4 | 28/06/1958 | Almaniya 6-3 |
Eysebio | Portuqaliya | 4 | 23/07/1966 | Şimali Koreya 5-3 |
Emilio Butragenyo | İspaniya | 4 | 18/06/1986 | Danimarka 5-1 |