Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Oktyabr 2022 14:24
Ukraynanın Zaporojye şəhərində yerləşən "Motor Siç" hərbi zavodunun fəxri prezidenti Vyaçeslav Boquslayev həbs edilib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, onu Ukraynanın xüsusi xidmət orqanları saxlayıb. Boquslayev vətənə xəyanətdə ittiham edilir.
Xatırladaq ki, "Motor Siç" Ukraynanın ən böyük hərbi müəssisələrindən olub təyyarə və helikopter mühərrikləri istehsal edir. Ötən ildən zavod Türkiyənin "Akıncı" PUA-ları üçün mühərrik tədarük edir.