Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Oktyabr 2019 16:44
Bakı. Trend:
Azərbaycan şahmatçısı Teymur Rəcəbov Rusiyanın Xantı-Mansiysk şəhərindəki Dünya Kubokunda dördüncü final görüşünü keçirib.
Trend-in məlumatına görə, 32 yaşlı qrossmeyster çinli rəqibi Dinq Lirenlə növbəti oyununu keçirib. Gərgin qarşılaşma 31-ci gedişdə heç-heçə ilə nəticələnib. Ümumi hesabda (2:2) qalib müəyyənləşməyib. Ona görə sabah "tay-breyk" oynanılacaq.
Qeyd edək ki, Rəcəbov Dünya Kubokunun finalına çıxan ilk azərbaycanlı kimi də tarixə düşüb. İndiyədək heç bir şahmatçımız bu mötəbər yarışın finalına qədər irəliləyə bilməyib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin