Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zavoddan 12 minlik oğurluq edənlər tutuldular

Zavoddan 12 minlik oğurluq edənlər tutuldular

Tarix: 25 Oktyabr 2022 22:28

Samuxda zavoddan oğurluq edilib.

Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Samux rayon Polis Şöbəsinə İnstitut qəsəbəsi ərazisində yerləşən zavoddan 12.680 manat dəyərində 16 ədəd elektrik mühərriki və 4 ton dəmirin oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri Elnur Məmmədov və Emin Həsənov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.


Etiketlər:  Zavoddan minlik oğurluq edənlər tutuldular


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ