Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paşinyan sülhə Rusiyasız razılaşacaq

Paşinyan sülhə Rusiyasız razılaşacaq

Tarix: 27 Oktyabr 2022 22:18

Cənubi Qafqazda öz təsir gücünü itirməyə başlayan Rusiya bir vaxtlar qahmar çıxdığı ermənilərin də xəyanəti ilə üzləşib.

Vəziyyət artıq o yerə çatıb ki, Putinin həftələr öncə Qarabağ məsələsi ilə bağlı üçtərəfli görüş təklifini Ermənistan tərəfi ötən gün cavablandıraraq razılığını bildirib.

Nikol Paşinyanı "hə" deməyə Ruben Vardanyan məcbur edib. Çünki bir müddətdir, erməni mediası baş nazirin Rusiyanın vasitəçiliyi ilə bağlı təklifinə müsbət yanaşmadığını yazırdı.

Azərbaycan tərəfi də hələ görüşlə bağlı yekun qərarını söyləməyib. Lakin ehtimal olunur ki, oktyabrın 31-də tərəflər arasında görüş baş tutacaq.

Nikol Paşinyan ötən gün parlamentdəki çıxışında Azərbaycanla sülhün imzalanması ehtimalının yüksək olduğunu bildirib.

Qərbin maşası olan ermənilər Rusiyanın vasitəçiliyi ilə gələcək sülhə imkan verməyəcəklər.


Etiketlər:  Paşinyan sülhə Rusiyasız razılaşacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ