Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qənddə təhlükəli maddə aşkarlandı - VİDEO

Qənddə təhlükəli maddə aşkarlandı - VİDEO

Tarix: 28 Oktyabr 2022 19:00

Qənd və şəkərin rənginin ağardılması üçün toksik maddə istifadə olunub.

Bəzi enerji içkiləri, müalicəvi sular və qida əlavələrinin isə etiketində tərkibinə uyğun olmayan, yanlış məlumat yerləşdirilib.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli açıqlama verib.

Onun sözlərinə görə, markalanmasında ciddi pozuntular olan 2 enerji içkisi geri çağırılıb.

5 istehsalçıya məxsus sərinləşdirici içkinin markalanmasında enerji içkisi təəssüratı yaradan ifadələrin çıxarılması üzrə tədbirlər görülüb. Tərkibində təhlükəli maddə aşkarlanan tonlarla qənd və şəkər tozu ilə bağlı da tədbir görülüb.

Qoşqar Təhməzli deyib ki, bəzi məhsulların etiketlərində yerləşdirilən məlumatlar istehlakçıları aldadır. Bu da sağlamlığa ciddi ziyan vura bilər.

AQTA rəhbəri qeyd edib ki, bu ilin 9 ayı ərzində 345 müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanədək məhdudlaşdırılıb. Tonlarla məhsul istifadəyə yararsız olduğu üçün məhv edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az


Etiketlər:  Qənddə təhlükəli maddə aşkarlandı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ