Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Oktyabr 2022 21:28
Universitetlərdə xaricidilli bölmələr üzrə bəzi fənlər aidiyyəti dildə tədris olunmur.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, xarici dilli bölmə üzrə təhsil alan tələbələr bildirirlər ki, bəzi fakültələrdə qeyri-ixtisas fənləri Azərbaycan dilində tədris olunur. Lakin bu, onların həmin dili kifayət qədər mənimsəmələrinə maneə deyil.
Azərbaycan Dillər Universitetinin Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrasının müdiri Sevda Zamanova deyir ki, burada Beynəlxalq jurnalistika fakültəsi istisna olmaqla, digər xaricidilli bölmələr üzrə fakültələrdə qeyri-ixtisas fənləri ana dilində tədris olunur. Bu fənlər üzrə ingilis və digər xarici dillərdə dərsliklər isə hələ ki, yoxdur.
İnsan resursları üzrə mütəxəssis Nərmin Mahmudzadənin sözlərinə görə, təhsil müəssisələrində gələcəyin kadrlarına tədris olunan xarici dil biliyi işəgötürənləri qane etmir. Bunun səbəbi isə tələbələrin yalnız ixtisas fənlərini xarici dildə öyrənmək ilə kifayətlənmələridir.
Nərmin Mahmudzadənin fikrincə, xüsusilə xaricidilli bölmələrdə bütün fənlər həmin dillərdə tədris olunmalıdır. Çünki tələbələrin CV-lərində qeyd etdikləri universitet və dil bilikləri işəgötürənləri yanlış yönləndirir.
Mütəxəssis hesab edir ki, işgüzar üslubda xarici dil biliyinə malik olmaq üçün tələbələr bütün dərslərdə və tənəffüslərdə də həmin dil üzrə praktiki danışıqlar aparmalıdırlar.