Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

III Çarlz kraliçanın əlindən aldığı titulu oğluna geri qaytardı

III Çarlz kraliçanın əlindən aldığı titulu oğluna geri qaytardı

Tarix: 28 Oktyabr 2022 22:50

Böyük Britaniya kralı III Çarlz bir neçə il əvvəl kraliça II Yelizavetanın əlindən aldığı Kral Dəniz Qüvvələrinin general-kapitan hərbi titulunu şahzadə Harriyə geri verib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Sasseks hersoqu 2017-ci ilin dekabrında babası Şahzadə Filipin yerinə kraliça tərəfindən general-kapitan təyin edilib. 2021-ci ildə kraliça II Yelizaveta həyat yoldaşı Meqan Marklla birlikdə Britaniya kral ailəsinin üzvləri olmaqdan çıxdıqdan sonra nəvəsini sevimli titulundan məhrum edib.Cütlük ABŞ-a köçmək, işləmək və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ əldə etmək üçün belə bir qərar verib.

Mənbələrin dediyinə görə, şahzadə Harri nənəsinin bu qərarına kədərlənib, çünki o, hərbi titullarına xüsusi həssaslıqla yanaşırdı. 

Harri Kral Dəniz Piyadalarına göndərdiyi şəxsi mesajında ​​general-kapitan titulunu yenidən almaqdan məmnun olduğunu bildirib.

Milli.Az


Etiketlər:  III Çarlz kraliçanın əlindən aldığı titulu oğluna geri qaytardı


RƏYLƏR