Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qocaman sənətçi vəfat etdi

Qocaman sənətçi vəfat etdi

Tarix: 28 Oktyabr 2022 23:56

Amerikalı məşhur rok-n-roll sənətçisi Cerri Li Lyuis 87 yaşında dünyasını dəyişib.

Milli.Az kult.az-a istinadən xəbər verir ki, bu barədə onun "117 Entertainment Group" şirkəti məlumat yayıb.

"Lyuis rok-n-rollun doğulmuş axırıncı, əsl nəhəng ikonası idi. Vəfat etdi. Ömrünün son günlərində o, müxtəlif xəstəliklərlə, travmalarla mübarizə aparırdı", - deyə bildirilib.

Qeyd edək ki, Cerri Li Lyuis karyerası boyunca 4 dəfə "Qremmi" mükafatına layiq görülüb. Onun ən məşhur "Great Balls of Fire" mahnısı "Rolling Stone" jurnalına görə, bütün zamanların ən yaxşı 500 mahnısı siyahısına daxil edildi.

Milli.Az


Etiketlər:  Qocaman sənətçi vəfat etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ