Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Klementin

Klementin

Tarix: 29 Oktyabr 2022 07:42

Klementin sitrus bitkisi olub tanjelonun müxtəlif növlərindən biri sayılır. Bu bitki portağal və naringinin hibridləşməsindən alınıb. Bu meyvəni 1902-ci ildə kilsədə işləyən dindar Klemen yetişdirib, meyvənin yeni olmasını isə seleksiyaçılar təsdiqləyib.
Sitrus növlərinin alınması ilə qədim dövrlərdən də məşğul olanlar olub. Bu siyahıya nəzər salsaq klementin ən gec əldə edilən sitrus meyvələrinin siyahısına düşür.
Bu ağacın hündürlüyü 5 metrə qədər qalxa bilir. Onun çox gözəl möhkəm yarpaqları və gözəl kölgəliyi olur.
Klementinin özünün də bir-neçə növü vardır. Ən gözəl növü isə korsikan klementini hesab edilir. Ən çox bu növün becərilməsi və satışı ilə məşğul olunur. Bu meyvəni adətən yarpaqlı dərirlər. Buna səbəbi isə alıcıya meyvənin təzə olmasını sübut etmək məqsədi güdür. Belə ki, klementin köhnəldikdə onun üstündəki yarpaqlar tökülür.
Klementin ən çox Fransada yetişir. İl ərzində Fransada 25 ton bu meyvədən satılır. Bu meyvənin ən kiçiyinin diametri 6 sm olur.
Klementinin növləri
* İspan növü. Bu növün həm iri, həm də xırda meyvələri olan ağacları var.
* Monreal növü. Ən nadir növlərdən biridir. Oktyabr ayının ortalarında yığılır. Klementinin bu növünün vətəni Əlcəzair və İspaniya hesab edilir.
* Korsikan növü. Klementinin bu növü yanlız öz regionunda yetişir. Onun qabığı qırmızı-narıncı rəngdə olur və toxumu olmur.
Klementin antideppessant meyvələr qrupuna aiddir. Onun ətri və dadı çox gözəl olur. Bu meyvədən ən çox şirəli içkilərin hazırlanmasında istifadə edilir.
Klementin xaricdən naringiyə bənzəyir. Onun əsasən rəngi tünd narıncı olur və qabığı parıldayır.
Alınma qaydası
Klementin alan zaman meyvənin üstündə yarpaq olmasına diqqət yönəltmək lazımdır. Meyvənin bərk olması da onun təzəliyinin göstəricisidir.
Qida sənayesində
Bu meyvədən müxtəlif içkilərin və qidaların hazırlamasında istifadə edilir. Klementinin sulu və dadlı olduğuna görə ondan müxtəlif şirniyyatların, qəlyənaltıların, sousların  hazırlanmasında istifadə edilir. Klimentindən dadlı cemlər, siroplar, mürəbbələr, likörlər və brendi hazırlanır. Onun şirəsindən ətlərin marinadlaşması zamanı geniş istifadə edilir. Klementinin tərkibi vitamin və minerallarla zəngindir. Onun tərkibi liflərdən, sudan, zülallardan və yağlardan ibarətdir. Bu sitrus bitkisinin tərkibində C vitamini, B6 vitamini, D vitamini və kalsium, maqniya, dəmir və natrium  mineralları vardır. Klementin mədə-bağırsaq xəstəlikləri, immun sistemin zəifləməsi, maddələr mübadiləsinin pozğunluqları zamanı çox faydalıdır. Klementinin tərkibində olanlar saçların və dərinin möhkəmlənməsinə və parıldamasına xidmət edir. Bu meyvənin şirəsi orqanizmin qocalmasının qarşısını alır. Klimentinin tərkibində olan efir yağları depressiya əleyhinə təsir edir, əhval-ruhiyyənin qalxmasına səbəb olur. Onun şirəsindən kosmetologiya sahəsində də geniş istifadfə edilir. Klementin şirəsindən dəridə olan çapıqların, qırışların, akne xəstəliyinin müalicəsində geniş istifadə edilir. Həddindən çox bu meyvədən yemək allergiya reyaksiyalarına səbəb ola bilier. Qastritdən, nefritdən, enteritdən əziyyət çəkən xəstələr klementin yeyən zaman diqqətli olmalıdırlar.


Etiketlər:  Klementin


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ