Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Braziliyada prezident seçkilərinin ikinci turu keçirilir

Braziliyada prezident seçkilərinin ikinci turu keçirilir

Tarix: 30 Oktyabr 2022 20:20

Oktyabrın 30-da Braziliyada prezident seçkilərinin ikinci turu keçirilir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, seçkilərdə iki namizəd - ölkənin 76 yaşlı eks-prezidenti Lula da Silva və 67 yaşlı hazırkı Prezident Jair Bolsonaru iştirak edirlər.

Oktyabrın 2-də keçirilən seçkilərin birinci turunda Lula da Silva qalib gəlmək üçün nisbətən az səs toplaya bilməyib. Belə ki, o, təxminən 48,42 faiz səs qazanmışdı. Jair Bolsonaru isə 43,23 faiz səs toplaya bilib.

Heç bir namizəd 50 faiz səs toplaya bilmədiyindən prezident seçkilərinin ikinci turu elan edilmişdi.

Milli.Az


Etiketlər:  Braziliyada prezident seçkilərinin ikinci turu keçirilir


RƏYLƏR