Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zülmətə qərq olan yol: Bu yolda ciddi təhlükə var! - VİDEO

Zülmətə qərq olan yol: Bu yolda ciddi təhlükə var! - VİDEO

Tarix: 31 Oktyabr 2022 18:52

4 il bundan öncə istifadəyə verilən Ələt-Astara  magistral yolundan sürücülər rahat istifadə edə bilmirlər. Səbəb isə yolda işıqlandırma sisteminin pis  olmasıdır. Daha dəqiqi desək bu yolun cənub hissəsindən keçən hissəsində yol boyu bir dənədə olsun işıq yoxdur..

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, zülmətdə göz- gözü görmür.

Ələt-Astara  magistralının cənub istiqamətində hərəkətdə olan sürcülər  yol boyu işıqlanmanın olmamasından şikayətçdirlər.  Sürücülər bildirir ki, gecə yola çıxan zaman  adı çəkilən yolun qaranlıq olmasına görə  yolda olan mal-qara və vəhşi heyvanları vurmaq məcburiyyətində qalırlar.  Bu da onların həm həyatlarını təhlükəyə atır,  eləcə də maddi ziyana gətirib çıxara bilir.

Avtomobil yolu 2018 - ci ildə istifadəyə verilib və  hərəkət zolaqlarının sayı 4 olan yol müasir səviyyədə və bütün tələblərə uyğun inşa olunub. Sürücülər də bu yolun əvvəlki yola nisbətən qısa və keyfiyyətli olduğundan razıdılar. Ancaq magistralın salınması zamanı, nəqliyyat vasitələrinin rahat hərəkəti üçün yolda işıqlandırılma sistemi nəzərə alınmayıb. Bu da sürücülər üçün  gecə saatlarında yolda bir sıra problemlərlə üz üzə qoyur. 

Avtomobil Yolları Dövlət Agentliyinin  İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli məsələyə  münasibət bildirib. Qeyd edib ki, ümumilikdə magistral yol boyunca xüsusi işıq qaytarma effektinə malik yol nişanlarından, yol elementlərindən istifadə olunub ki, bu da tam olaraq Beynəlxalq yol standartlarına uyğundur və orda hər hansı bir əlavə işıqlandırılma sistemi quraşdırılması nəzərdə tutulmur. 

Milli.Az


Etiketlər:  Zülmətə qərq olan yol Bu yolda ciddi təhlükə var VİDEO


RƏYLƏR