Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Oktyabr 2022 19:34
Balakən rayon sakini Məhəmməd Köklərov ona ayrılmış pay torpağından tam istifadə edə bilmir.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, Məhəmməd Köklərov 1998-ci ildə torpaq islahatları zamanı ona ayrılmış pay torpağının böyük hissəsindən bu günə qədər istifadə edə bilmədiyini iddia edir.
Onun sözlərinə görə, həmin vaxt özü xaricdə olub, torpaq sahəsi ilə bağlı sənədlər atasına verilib. İddia edir ki, sənəddə göstərilən koordinatlar düzgün deyil.
Vətəndaş iddia edir ki, məsələnin həlli üçün aidiyyəti qurumlara müraciət etsə də, nəticəsi olmayıb.
Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 18 saylı Zaqatala ərazi idarəsindən bildirilib ki, Talalar kənd sakini Məhəmməd Köklərov və ailə üzvlərinə 1998-ci ildə torpaq islahatı zamanı 0.81 hektar torpaq sahəsi ayrılıb. Qeyd edilən koordinatlara yanlışlıq yoxdur. Sadəcə təbiət hadisəsi nəticəsində ərazidən keçən çay məcrasını dəyişərək vətəndaşa məxsus torpaq sahəsinin bir hissəsini yuyub. Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sistemində faktiki istifadədə təxminən 0.26 hektar torpaq sahəsi öz əksini tapır.
Bəs belə olan halda vətəndaş nə etməlidir?
Hüquqşünaslar bildirirlər ki, torpaq sahəsi sığorta edilibsə, bu zaman müvafiq şirkətə müraciət edilməlidir. Əgər sığorta yoxdursa aidiyyəti qurumların dəstəyi ilə sahilbərkitmə işləri apararaq, torpaq sahəsini bərpa etmək olar.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: