Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Oktyabr 2022 22:16
Rusiya "Qara Dəniz Təşəbbüsü" ilə müəyyən edilmiş təhlükəsizlik dəhlizi boyunca hərəkəti dayandırır.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.
"Gəmilərin təhlükəsizlik dəhlizi boyunca hərəkəti yolverilməzdir, çünki Kiyev bu dəhlizdən Rusiyaya qarşı hərbi əməliyyatlar aparmaq üçün istifadə edir", - deyə Rusiya MN-in məlumatında qeyd olunub.
Rusiyanın "Qara Dəniz Təşəbbüsü"ndən çıxmadığı, razılaşmaların fəaliyyətini dayandırdığı vurğulanıb.