Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Oleq Tinkov Rusiya vətəndaşlığından imtina etdi

Oleq Tinkov Rusiya vətəndaşlığından  imtina etdi

Tarix: 1 Noyabr 2022 08:44

Rusiyalı iş adamı, "Tinkoff Bank"ın qurucusu Oleq Tinkov Rusiya vətəndaşlığından imtina edib.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, o, bu barədə özünün instaqram səhifəsində məlumat paylaşıb.

"Rusiya vətəndaşlığından rəsmən imtina etdim. Ümid edirəm ki, daha çox iş adamı mənim ardımca gələcək", - deyə iş adamı bildirib. 

O, 26 oktyabr tarixli vətəndaşlıqdan çıxma şəhadətnaməsinin fotosunu da yayıb.  

İş adamı bu qərara Rusiyanın Ukrayna ilə müharibə aparmasına görə gəldiyini deyib.  

Xatırladaq ki, Ukraynada genişmiqyaslı müharibənin başlamasından dörd gün sonra Tinkov, "Ukraynada hər gün günahsız insanlar ölür, bu, ağlasığmaz və qəbuledilməzdir! Dövlətlər insanların müalicəsinə pul xərcləməlidir, müharibəyə deyil. Biz bu müharibəyə qarşıyıq".

Qeyd edək ki, o, hazırda Londonda yaşayır.


Etiketlər:  Oleq Tinkov Rusiya vətəndaşlığından imtina etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ