Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsveçin vədləri Türkiyəni qane etmir

İsveçin vədləri Türkiyəni qane etmir

Tarix: 2 Noyabr 2022 07:36

İsveçin kürd separatçıları ilə bağlı problemi həll etmək vədləri Türkiyəni qane etmir və rəsmi Stokholm daha qətiyyətli addımlar atmasa, çətin ki, Ankara ölkənin NATO-ya üzvlük müraciətinə etirazını geri götürsün.

Sonxeber.net "report"a istinadən xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəsmi nümayəndəsi Ömər Çelik bildirib.

"İsveçdən gələn bu bəyanatlar yaxşıdır, lakin həyata keçirilməyənə qədər kifayət deyil"-deyə, o bildirib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveç və Finlandiyadan terrorçuların ekstradisiyasını tələb edib.


Etiketlər:  İsveçin vədləri Türkiyəni qane etmir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ