Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ərdoğan Türkiyə hərbçilərinin Azərbaycanda qalma müddətinin uzadılmasını təsdiqləyib

Ərdoğan Türkiyə hərbçilərinin Azərbaycanda qalma müddətinin uzadılmasını təsdiqləyib

Tarix: 2 Noyabr 2022 08:00

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindəki Türkiyə hərbçilərinin mandatının daha bir il uzadılması barədə qanun layihəsini təsdiqləyib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, Ərdoğan bununla bağlı sərəncam imzalayıb.

Sərəncam "Resmi Gazete"də dərc edilib.

Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisində (TBMM) Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindəki türk hərbçilərin mandatının daha bir il uzadılması barədə qanun layihəsi müzakirə olunub və qəbul edilib.

Xatırladaq ki, 2020-ci ilin noyabrında TBMM Türkiyə Silahlı Qüvvələrinə Azərbaycana hərbçi göndərmək üçün bir illik səlahiyyət verib. Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi Ağdamda yerləşir.


Etiketlər:  Ərdoğan Türkiyə hərbçilərinin Azərbaycanda qalma müddətinin uzadılmasını təsdiqləyib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ