Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Noyabr 2022 12:33
Ermənistan Baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla təmaslarını vacib adlandırıb.
Sonxeber.net xəbər verir ki, parlamentdə 2023-cü ilin büdcə dinləmələri zamanı Paşinyan Türkiyə lideri ilə bu il telefonla təmasda olduğunu və Praqada görüşdüyünü xatırladıb.
"Siz soruşacaqsınız, görüş olub, bəs situasiya dəyişibmi? Deyə bilərəm ki, praktik və ciddi nəticə doğurmasa da, özü-özlüyündə situasiya ilə bağlı vacib dəyişiklik var. Situasiyanı analiz edərkən Türkiyə ilə avqust-oktyabr aylarındakı təmaslar zamanı kommunikasiya çətinliklərini aşa bildiyimi anladım", - Paşinyan qeyd edib.
Paşinyan bunun zəif arqument olduğunu desə də, Türkiyə ilə görüşüb-görüşməmək dilemmasının daha nə hökumət, nə də cəmiyyət səviyyəsində qalmadığını deyib.