Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İlham Əliyev Ərdoğan ilə telefonla danışdı

İlham Əliyev Ərdoğan ilə telefonla danışdı

Tarix: 2 Noyabr 2022 19:03

Noyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, telefon söhbəti zamanı Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçi görüşü və imzalanmış birgə bəyanat müzakirə olunub.

Prezident İlham Əliyev Türkiyənin mobillik sahəsində xidmət göstərən qlobal texnologiya markası "Togg"un kütləvi istehsala başlanılması münasibətilə təbriklərini çatdırıb və bunu Türkiyə sənayesinin yeni uğuru kimi dəyərləndirib.

Telefon söhbəti zamanı Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin müxtəlif aspektləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Milli.Az


Etiketlər:  İlham Əliyev Ərdoğan ilə telefonla danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ