Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mahir Emrelinin təxribata reaksiyası: Mövzu Vətəndirsə...

Mahir Emrelinin təxribata reaksiyası:  Mövzu Vətəndirsə...

Tarix: 4 Oktyabr 2019 15:24

"Qarabağ"ın futbolçusu Mahir Emreli Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda səfərdə "Düdelanj"a qalib gəldikləri oyun (4:1) zamanı baş verən erməni təxribatına münasibət bildirib.

Qol.az-ın xəbərinə görə, 22 yaşlı hücumçu bu barədə şəxsi instaqram səhifəsindən paylaşım edərək belə yazıb: "Mövzu Vətəndisə, gerisi təfərrüatdı. Qarabağ Azərbaycanındı".

Qeyd edək ki, "Qarabağ"ın 4:1 hesabı ilə qalib gəldiyi görüşün 31-ci dəqiqəsində separatçı "Dağlıq Qarabağ" rejiminin bayrağı dronla meydanın məkəzinə gətirilmiş və bu səbəbdən oyun 20 dəqiqədən çox dayandırılmışdı.

 

 


Etiketlər:  Mahir Emrelinin təxribata reaksiyası Mövzu Vətəndirsə


RƏYLƏR