Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Oktyabr 2019 15:24
"Qarabağ"ın futbolçusu Mahir Emreli Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda səfərdə "Düdelanj"a qalib gəldikləri oyun (4:1) zamanı baş verən erməni təxribatına münasibət bildirib.
Qol.az-ın xəbərinə görə, 22 yaşlı hücumçu bu barədə şəxsi instaqram səhifəsindən paylaşım edərək belə yazıb: "Mövzu Vətəndisə, gerisi təfərrüatdı. Qarabağ Azərbaycanındı".
Qeyd edək ki, "Qarabağ"ın 4:1 hesabı ilə qalib gəldiyi görüşün 31-ci dəqiqəsində separatçı "Dağlıq Qarabağ" rejiminin bayrağı dronla meydanın məkəzinə gətirilmiş və bu səbəbdən oyun 20 dəqiqədən çox dayandırılmışdı.