Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Yalnız topun arxasınca qaçırdıq" - "Düdelanj"ın futbolçusu

Tarix: 4 Oktyabr 2019 16:12

“Düdelanj”ın futbolçusu Tibu Leskoy Avropa Liqasının qrup mərhələsinin ikinci turunda “Qarabağ”la keçirilən (1:4) oyundan sonra açıqlama verib.

Qol.az Lüksemburq mətbuatına istinadən xəbər verir ki, 24 yaşlı müdafiəçi Ağdam təmsilçisinin oyuna tam nəzarət etdiyini etiraf edib:

“Erkən qollar buraxdıq. Etdiyimiz səhvlər bu qolların buraxılmasına gətirib çıxardı. Yalnız topun arxasınca qaçmalı olurduq. “Qarabağ” bizi yormağı bacardı. Matçda fasilə yaransa da, bunun bizə kömək etməyəcəyini bilirdik. Məğlubiyyət sürpriz olmadı. Gözlədiyimiz kimi “Qarabağ” güclü oynadı və oyuna tam nəzarət edə bildi.”

 

 


Etiketlər:  Yalnız topun arxasınca qaçırdıq Düdelanjın futbolçusu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ