Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Oktyabr 2019 16:32
Bakı. İlhamə İsabalayeva - Trend:
Səhiyyə Nazirliyi ötən il rezidenturaya qəbul olmuş rezidentlərin ödənişsiz təhsilinin təmin olunması üçün müvafiq dövlət qurumlarına müraciət edib.
Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, bu gün Səhiyyə Nazirliyinin önündə bir qrup tələbənin səsləndirdiyi məsələnin həlli nə universitet rəhbərliyi, nə də Səhiyyə Nazirliyinin səlahiyyətinə aid deyil:
"Səhiyyə Nazirliyi bu məsələnin həlli, yəni ötən il rezidenturaya qəbul olmuş rezidentlərin ödənişsiz təhsilinin təmin olunması ilə bağlı müvafiq olaraq Təhsil Nazirliyi və Maliyyə Nazirliyinə müraciət edib. Hazırda həmin müraciətə cavab gözlənilir".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin